Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi satır?


"Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 milyard kVt-s elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 milyon kVt-s-a qədər azalıb".
Yeniavaz.com xəbər verir ki, bu fikirlər, Azərbaycan energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc edilən məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, ixrac isə əksinə, 1,282 milyard kVt-s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 107,4 milyon kVt-s idxala qarşı 750,6 milyon kVt-s elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 milyon kVt-s, İrana 72,6 milyon kVt-s, Rusiyaya 76,6 milyon kVt-s, Türkiyəyə 13,45 milyon kVt-s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 milyon kVt-s, İrandan 24,4 milyon kVt-s, Gürcüstandan 23,1 milyon kVt-s olub.

DİGƏR XƏBƏRLƏR

Top