Tramp: "Camal Qaşıqçı öldürülüb"


"Camal Qaşıqçı öldürülüb". Bunu ABŞ prezidenti Donald Tramp Montana ştatı səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Yeniavaz.com xəbər verir ki, "Sizcə Qaşıqçı ölüb?" sualına "Elə görünür ki, Camal Qaşıqçı öldürülüb. Bu çox kədərlidir. Təhqiqatın yekun nəticəsini gözləyirəm, amma şübhəsiz Qaşıqçı ölüb", şəklində cavab verib. Tramp bu cinayətdə Səudiyyə rəsmilərinin günahının öz təsdiqini tapdığı təqdirdə çox ciddi addımlar atılacağına da işarə edib: "Bunun nəticələri çox ağır olacaq".

Xatırladaq ki, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxan jurnalist Camal Qaşıqçının vəhşi cinayətin qurbanı olduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top