
ABŞ Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasında başçısı Qasım əl-Riminin həbsinə gətirib çıxaracaq informasiyaya görə vəd edilmiş pul mükafatını artırıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətindən deyiblər.
Pul mükafatı 5 milyon dollardan 10 milyon dollaradək artırılıb. Q. əl-Rimi 2010-cu ilin mayında Dövlət Departamenti tərəfindən terrorçuluqda şübhəli bilinənlərin siyahısına daxil edilib. Onun aktivləri dondurulub.