Putin: Türkiyə razılaşmaları yerinə yetirməyib


Rusiya Suriyada göstərdiyi fəaliyyət nəticəsində qarşısına qoyduğu məqsədlərə ümumilikdə çatıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun plenar iclasında deyib.
Onun sözlərinə görə, Türkiyə İdlibdə silahsızlaşdırılmış zona üzrə razılaşmalaı hələ yerinə yetirməyib, lakin Rusiya görülən işə görə türkiyəli tərəfdaşlarına təşəkkür edir: “Onlar hələlik yerinə yetirməyiblər, lakin bunun üzərində işləyirlər. Biz görürük ki, onlar işləyirlər. Hər şey belə asan deyil, əksinə hər şey çətindir”.
V. Putin qeyd edib ki, bütün silahlılar hələ çıxarılmayıb: “Türkiyəli tərəfdaşlar öz öhdəliklərini yerinə yetirmək üçün hər şey edirlər. Onlar bu əraziyə hərbi hospital da göndəriblər. Türkiyə terrorçuluqla mübarizədə çox sərt və çox səmərəlidir”.
O əlavə edib ki, Rusiya Suriya ərazisinin praktiki olaraq 95 faizini azad edib: “Suriya dövlətinin dağılmasına imkan vermədik”.

DİGƏR XƏBƏRLƏR

Top