Azərbaycanda adam oğurlayanların sayı kəskin artıb - RƏSMİ MƏLUMAT


Bu ilin ilk yarısında Azərbaycanda cinayət törədən şəxslərin sayı 8231 nəfər olub və onların 91,8%-i və ya 6515 nəfəri cinayət məsuliyyətinə cəlb olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəllki ilin analoji dövrü ilə müqayisədə cinayət törədən şəxslərin sayı 2,8% və ya 240 nəfər azalıb. Hesabat dövrü ərzində cinayət məsuliyyətinə cəlb olunanların da sayında azalma olub. 2017-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında cinayət məsuliyyətinə cəlb olunanların sayı 8,1% və ya 577 nəfər azalıb.
Cinayət törədən şəxslərin 26,8%-i və ya 2204 nəfəri şəxsiyyət əleyhinə cinayət törədənlər olub. Ən kəskin artım isə adam oğurluğu sahəsində qeydə alınıb. Ötən ilin ilk yarısı ilə müqayisədə adam oğurlayanların sayı 2 dəfədən çox artaraq 33 nəfər olub. Adam oğurluğu cinayəti törədən 33 nəfərdən 32-i cinayət məsuliyyətinə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top