Cəlilabadda fəhlələr uçqun altında qaldı: ölən var


Cəlilabad rayonunda iki fəhlə tikinti sahəsində uçan divarın altında qalıb.
Hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.
Belə ki, ötən gün kənd sakini Quliyeva Sevil Mansur qızına məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilidə söküntü işləri aparan zaman tikintinin divarı rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu və 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlunun üzərinə aşıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Emin İsmayılov aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top