Baş nazirin eks-müşaviri Musa Məmmədovun kürəkəni güllələnib


Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana qarşı silahlı hücum olub.

Türkiyə KİV-i xəbər verir ki, iş adamı İstanbulda maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb. 

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib. Onların toyu Çırağan Sarayında baş tutub. 

Xatırladaq ki, 85 yaşlı Musa Məmmədov ötən il vəzifəsindən azad olunub. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top