Jurnalisti mahnı sədaları altında doğrayan kişinin FOTOsu


Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı araşdırmalar davam etdirilir. Onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, jurnalisti öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Kaşıkçının bədənini parçalayıb.

Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Kaşıkçının ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir. Qeyd edək ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi "Apple" qol saatına düşüb. Kaşıkçı 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top