Veteran cüdoçumuz 8 qat dünya çempionu olub


Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yeniavaz.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb. 

Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.

DİGƏR XƏBƏRLƏR

Top