“Çelsi”nin futbolçusu Ginnesin Rekordlar Kitabına düşüb FOTO

 
“Çelsi” klubunun ispan yarımmüdafiəçisi Sesk Fabreqas Ginnesin Rekordlar Kitabına düşüb. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, futbolçu İngiltərə çempionatında 100 məhsuldar ötürmə verib, bununla belə, daha az oyun keçirib.
 
S.Fabreqas 2016-cı il dekabrın 31-də “Stok Siti” ilə oyunun 65-ci dəqiqəsində Premyer Liqanın 293-cü matçında 100-cü məhsuldar ötürmə verib. Matç 4:2 hesabı ilə başa çatıb.
 
Əvvəlki rekord “Mançester Yunayted”in uelsli yarımmüdafiəçisi Rayan Giqqsə məxsus olub. O, 367 oyunda 100 məhsuldar ötürmə verib.

DİGƏR XƏBƏRLƏR

Top