Qoz çırpan zaman ağacdan yıxılan şəxs ölüb


Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

Hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz çırpan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top