
Krımın Kerç şəhərindəki politexnik kollecinə hücumun təşkilatçısı özünü öldürüb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Krımın başçısı Sergey Aksyonov deyib. S. Aksyonovun sözlərinə görə, onun 22 yaşı olub: “Hücum edən bu kollecin tələbəsidir, dördüncü kursda oxuyub. Kerç şəhərinin sakinidir. Partlayışdan sonra intihar edib. Tələbənin hansı məqsədlə hücum etdiyi aydınlaşdırılır”. Terror aktı törədənin Vladislav Roslyakov olduğu deyilir. O bu kollecə 2015-ci ildə daxil olub. Son məlumata görə, kollecdə törədilmiş terror aktı nəticəsində 18 nəfər həlak olub, 40-dan çox adam xəsarət alıb.
Tətbiqimizi yükləyə bilərsiniz