Krımdakı partlayış terror aktı çıxdı: ölənlərin sayı 13-ə çatdı


İstintaq Krımın Kerç şəhəindəki kollecdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu istintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, partlayış nəticəsində 13 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb: “Onların çoxu yeniyetmədir. 20 nəfər orta ağır dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib”. Bildirilir ki, partlayış politexnik kollecinin yeməkxanasında törədilib, partlayıcı qurğu isə metal əşyalarla təchiz edilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top