Ən səxavətli milyarderlər

 
“Forbes” jurnalı il ərzində ən çox ianə verən amerikalıların reytinqini tərtib edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, reytinqə amerikalı investor Uorren Baffet başçılıq edir.
 
O, 2017-ci ildə xeyriyyə təşkilatlarına 2,8 milyard dollar ianə verib. Jurnalın məlumatına əsasən, U. Baffet yaxın dostları olan “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts və onun xanımı Melindanın xeyriyyə fonduna 2 milyarddan çox dollar köçürüb. İnvestor qalan məbləği əsasını qoyduğu Syuzan Tompson (mərhum xanımı) fondu və cütlüyün uşaqlarının təsis etdiyi daha üç təşkilat arasında bölüşdürüb.
 
Siyahının ikinci pilləsində Bill və Melinda Qeyts qərarlaşıb. Onlar il ərzində 2,5 milyard dollar həcmində ianə veriblər. İlk üçlüyü isə milyarder və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq tamamlayır. Onun xeyriyyə təşkilatlarına etdiyi yardımın miqdarı 702 milyon dollar təşkil edib.
 
Ümumilikdə “Forbes” jurnalının reytinqində 50 nəfər yer alıb. Siyahı açıq mənbələr əsasında hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top