Fransa millisi Almaniyanı məğlub etdi


UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Fransa yığması Almaniya milli komandasını qəbul edib.

Sen-Deni şəhərinin "Stad de Frans" stadionunda baş tutan görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunun baş hakimi Milorad Majiç 14-cü dəqiqədə Fransa millisinin qapısına penalti təyin edib. Toni Kross 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Ev sahiblərinin cavab qolunu 62-ci dəqiqədə başla dəqiq oynayan Antuan Qrizmann vurub. "Atletiko"nun forvardı yığmanın ikinci qolunun da müəllifi olub. Bu dəfə o, 80-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Hazırda Fransa yığmasınn aktivində 7 xal var və o, A Liqasının I qrupunun turnir cədvəlində birinci pillədə qərarlaşıb. Almaniya yığması 1 xal ilə 3-cü, Niderland millisi isə 3 xalla 2-ci yerdədir.

UEFA Millətlər Liqası. A Liqası. I qrup. 4-cü tur

Fransa – Almaniya - 2:1

Qollar: 0:1 – Kroos – 14 (pen), 1:1 – Qrizmann – 62, 2:1 – Qrizmann – 80 (pen)

Bundan əvvəl futbol üzrə Madaqaskar milli komandasının tarixdə ilk dəfə Afrika Millətlər Kubokunda iştirak edəcəyi məlum olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top