
ABŞ İranın 20 şirkət və bankına qarşı sanksiya tətbiq edib. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına, o cümlədən bir neçə investisiya şirkəti, eləcə də sink hasilatı ilə bağlı şirkətlər, polad tökmə şirkəti və bir sıra banklar daxil edilib. Bütün təşkilatlar İranda qeydiyyatdan keçiblər.
ABŞ Maliyyə Nazirliyi bəyan edir ki, şirkətlər İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) tabe olan Bəsic milislərinə maliyyə yardımı göstərdiklərinə görə onlara qarşı sanksiyalar tətbiq edilir.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, bu geniş şəbəkə (şirkətlər) İİKK-nın əmri ilə keçirilən hərbi əməliyyatlara cəlb olunmuş uşaqların tədrisi və təlimatı üçün Bəsic qüvvələrinin maliyyə infrastrukturunu təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz