Prezident Yaqub Eyyubovun oğlunu Avropa Şurasından geri çağırıb


Prezident İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib.
Məlumat üçün bildirək ki, Emin Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun oğludur və 2012-ci ildən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top