“Mənim təmiz şəhərim” - ekotur təşkil edilib


“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mənim təmiz şəhərim” adlı ekotur keçirilib. Yeniavaz.com xəbər verir ki, ekotur çərşivəsində 20 gəncin iştirakı ilə Mingəçevir su anbarı sahili tullantılardan təmizlənib, daha sonra isə bu tullantılar sahildən uzaqlaşdırılaraq lazımi yerlərə aparılıb.
Gec məhv olan plastik şüşələrin atılması, qabların təbiətə atılması ərazinin çirklənməsinə, təbii örtüyün, heyvanlar aləminin zərər görməsinə səbəb olur. Bu tullantılar ekologiyaya zərər verməklə yanaşı, istirahət mərkəzi olan yerlərin xarici görünüşünü də korlayır. Sonda iştirakçılarla birgə ətraf mühitin qorunması ilə bağlı səyyar təlim keçirilib. Gənclərə təbiətin insanların həyat və fəaliyyətinə təsiri haqqında müzakirələr aparılıb. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top