
“Audi” avtomobil konserni dizel mühərriki ilə işləyən maşınlarda zərərli maddələrin tullantı göstəricisini manipulyasiya etməklə əlaqədar 800 milyon avro cərimə ödəyəcək.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu şirkətin daxil olduğu “Volkswagen” qrupundan deyiblər.
Qrupdan bildiriblər ki, cərimə haqqında qərarı Münhen prokuroruğu qəbul edib. Konsern qaydaları səhlənkar şəkildə pozduğuna görə qanunvericilikdə yazılmış ən yüksək cəzaya - 5 milyon avro cəriməyə, eləcə də qeyri-bərabər iqtisadi mənfəət qazanmağa görə 795 milyon avro cəriməyə məhkum edilib. “Audi AG” cərimə haqqında qərarla razılaşıb.
Məsələ burasındadır ki, konsernin avtomobillərinin təchiz olunduğu xüsusi proqram təminatı zərərli maddələrin və işlənmiş qazların göstəricilərini azaltmağa imkan verir.
Tətbiqimizi yükləyə bilərsiniz