Azərbaycanda quşların sayı azalıb - RƏSMİ MƏLUMAT


Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,3 faiz artaraq 364,7 min ton, süd istehsalı 1,8 faiz artaraq 1 milyon 550,8 min ton, yumurta istehsalı 0,6 faiz azalaraq 1 milyard 295,9 milyon ədəd, yun istehsalı 0,7 faiz azalaraq 15,6 min ton olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bundan başqa, ölkədə 514 ton (keçən il 245 ton) barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.
Bu il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 686,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 291 min baş inək və camış, 8 milyon 549,4 min baş qoyun və keçi və 5 min 935 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə 57,3 min ton (keçən il 57,4 min ton) quş əti və 494,1 milyon ədəd (keçən il 568,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 15 min baş (keçən il 12 milyon 567,8 min baş) olub, hər yumurtlayan toyuqdan orta hesabla 135 ədəd yumurta alınıb.

DİGƏR XƏBƏRLƏR

Top