Makron hökumətdə dəyişikliklər etdi - TƏYİNATLAR


Fransa Prezidenti Emmanuel Makron hökumətdə yerdəyişmələr edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Kristof Kastaner daxili işlər naziri təyin edilib. O bu vəzifədə Jerar Kollonu əvəzləyib.
Yeni mədəniyyət naziri Frank Rister olub. O, 2011-ci ildə qeyri-ənənəvi orientasiyaya malik olduğunu açıqlamışdı. Fransa Prezidenti, həmçinin Didye Giyomu kənd təsərrüfatı naziri təyin edib. Jaklin Quro isə inzibati-ərazi vahidlərlə əlaqələr və ərazi bütövlüyü üzrə nazirliyə başçılıq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top