İnsanlar son 9 ayda kredit faizlərinə 436 milyon manat ödəyiblər


Bu ilin doqquz ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 39 milyard 690,3 milyon manata çatıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4 min 46,7 manat təşkil edib və 8,5 faiz artıb.
Bu dövr ərzində gəlirlərin 83,4 faizi son istehlak xərclərinə (33 milyard 101,7 milyon manat), 8,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının (3 milyard 214,9 milyon manat), 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib (436,59 milyon manat), 7,4 faizi isə yığıma yönəldilib (2 milyard 937,1 milyon manat).
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36 milyard 465,7 milyon manatlıq vəsait qalıb.

DİGƏR XƏBƏRLƏR

Top