Səudiyyəli jurnalistin izini tapmaq üçün 9 saat axtarış - İstanbul konsulluğunda


Səudiyyəli jurnalist Camal Qaşıqçının itməsini araşdırmaq üçün formalaşdırılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupunun üzvləri bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna baxışı tamamlayıblar. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, istintaq tədbirləri təqribən doqquz saat davam edib.
Müstəntiqlər yerli kriminalçıların sərəncamında olan müxtəlif qurğular və cihazlardan istifadə ediblər. Onların arasında qan izlərini aşkarlamağa imkan verən infraqırmızı lampalar da olub. İşçi qrupunun üzvləri, həmçinin baş konsulluğun ərazisindəki bağçaya baxış həyata keçiriblər. Bir neçə saatdan sonra təhqiqat yerinə iki yük maşını gəlib. Növbəti ekspertizaların aparılması üçün yük maşınlarına qrunt yüklənib.
Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin üzvləri baş konsulluq binasını ayrılıqda tərk ediblər. Baxışın yekunu üzrə bəyanat verilməyib. Türkiyə tərəfindən istintaq tədbirlərində İstanbul prokurorluğu və polisinin nümayəndələri iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top