Netanyahu əsas vəzifəsini açıqladı

 
İsrailin Baş naziri Benyamin Netanyahu İran tərəfindən aqressiyanın qarşısının alınmasını özünün əsas vəzifəsi adlandırıb və bildirib ki, elə bu günlər Tehranın Suriyadakı hərbi mövcudluğu ilə mübarizə aparılır. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, B. Netanyahu bu barədə Knessetin (parlament) qış sessiyasının açılışında deyib.
 
Onun sözlərinə görə, ən vacib vəzifə İsrailin məhv edilməsinin tərəfdarı olan İranın aqressiyasnın cilovlanmasından ibarətdir: “Bizim İran aqressiyasının qarşısını almaq qətiyyətimiz addımlarla təsdiqlənib. Biz elə bu günlər Suriyada İranın hərbi rejiminə qarşı mübarizə aparırıq”.
 
Baş nazir ümid etdiyini bildirib ki, ABŞŞ iranlılara iqtisadi təzyiqin göstərəcək.  O, İranla nüvə sazişindən çıxdığına və sanksiyaları bərpa etdiyini görə yenidən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top