Meyvezer çağırışı qəbul etdi, amma bu dəfə Həbib razı olmadı FOTO


 
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezerin Las-Veqasda döyüş keçirmək təklifindən imtina edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə dağıstanlı döyüşçü özünün “Instagram” səhifəsində yazıb.
 
F. Meyvezer daha əvvəl H. Nurməhəmmədovun döyüş keçirmək təklifinə razılıq verərək qarşılaşmanı Las-Veqasda keçirməyi təklif etmişdi. 30 yaşlı dağıstanlı idmançı buna cavab olaraq yazıb: “Veqas yox, onlar mənim pulumu vermək istəmirlər”.
 
Xatırladaq ki, Nevada ştatının (Las-Veqas bu ştatda yerləşir) atletika komissiyası oktyabrın 7-də irlandiyalı Konir Makqreqora qarşı döyüşdən sonar kütləvi davananın araşdırılması başa çatanadək H. Nurməhəmmədovun 2 milyon dollar məbləğində qonorarın verilməsini saxlayıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

@floydmayweather But no Vegas, they won’t pay my money.

A post shared by Khabib Nurmagomedov (@khabib_nurmagomedov) on

DİGƏR XƏBƏRLƏR

Top