Tramp Pompeoya dərhal Türkiyəyə getmək tapşırığı verdi

 
ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə əlaqədar Səudiyyə Ərəbistanına səfər etdikdən sonra Türkiyəyə gedəcək. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsi deyib.
 
MTŞ-dan bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp dövlət katibi M. Pompeoya dərhal Ər-Riyada, sonra isə Türkiyəyə yollanmağı tapşırıb: “Pompeo Kral Salman və türkiyəli vəzifəli şəxslərlə görüşəcək. Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanı hökumətinin tam və şəffaf dəstəyi ilə dəqiq təhqiqat aparmalı və onun nəticələrini açıqlamalıdır”.
 
Qeyd edilir ki, Dövlət Departamenti bu məsələ ilə əlaqədar türkiyəli və səudiyyəli həmkarlarla daim təmas saxlayır: “ABŞ türkiyəli müstəntiqlərin səylərini dəstəkləyir və rəsmi təhqiqatın nəticələrini əvvəlcədən müəyyənləşdirmək niyyətində deyil. Biz kömək etməyə hazırıq”.
 

DİGƏR XƏBƏRLƏR

Top