Telman İsmayılov müğənninin oğurlanmasında təqsirli bilindi - Qərar


Keçmiş “Çerkizov” bazarının sabiq rəhbəri Telman İsmayılov müğənni Avraam Russonun oğurlanmasında məhkəmə qərarı ilə qiyabi olaraq günahkar bilinib. Bu barədə “RİA Novosti”yə keçmiş milyarderin vəkili Marina Rusakova bildirib: “Bir gün əvvəl mən məlumat aldım ki, İsmayılov qiyabi olaraq Russonun oğurlanmasında təqsirli bilinib. Guya onun qohumu Zaur Mərdanov İsmayılovun göstərişi ilə müğənninin oğurlanmasını təşkil edib”. Rusakova müğənninin “hadisədən 14 il sonra” şikayət ərizəsi yazmasının səbəbini izah edə bilməyib. 

Qeyd edək ki, bir ay əvvəl Zaur Mərdanov adam oğurluğu cinayətindən 12 illik həbs cəzasına məhkum edilmişdi. Mərdanov günahını boynuna almayaraq etirazını bildirib. Moskva şəhər məhkəməsi onu 10 milyon rubl məbləğində azadlığa buraxıb. 

Telman İsmayılov və qardaşı Vaqif isə beynəlxalq axtarışdadır. Qanunsuz silah saxlanılmasında və adam oğurluğunda şübhəli bilinən keçmiş milyarderi məhkəmə qiyabi olaraq günahkar bilib.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top