Neftçalada içində xeyli pul olan maşın yandırılıb


Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan "KİA" markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub. RPŞ-də araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top