Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq


İtkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq. Yeniavaz.com report-a istinadən xəbər verir ki, axtarışları Türkiyə və Səudiyyə Ərəbistanından olan ekspertlər birgə aparacaqlar. Axtarışlar axşam saatlarında başlayacaq.

Qeyd edək ki, səudiyyə ərəbistanlı jurnalsit, "Vaşinqton post" qəzetinin əməkdaşı C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstnabuldakı Baş Konslluğunun binasına daxil olub və itkin düşüb. Türkiyə Səudiyyə Ərəbistanından konsulluğun binasında axtarşı aparılmasını istəmişdi.

DİGƏR XƏBƏRLƏR

Top