
Badamdarda sürüşmə zonasında son vəziyyətlə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə olunmayıb.