İçərisində azərbaycanlıların da olduğu gəminin ilkin batma səbəbi açıqlanıb


Qara dəniz sularında Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxodun ilkin batma səbəbi məlum olub.

Bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidməti məlumat yayıb.

Agentlik mütəxəssislərinin fikrincə, "Fom" teploxodunun batmasına yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb olub. Bu, gəminin yan tərəfə əyilməsi və nəticədə batmasına gətirib çıxarıb.

"Gəmi metal qırıntıları daşıdığından, qəzaya yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb ola bilər", - deyə idarədən qeyd ediblər və bunun ətraf mühit üçün heç bir təhlükəsinin olmadığını bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə batıb. Teploxodun bütün heyət üzvləri - altı Azərbaycan və iki Türkiyə vətəndaşı xilas edilib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top