Maradona: Matçdan əvvəl 20 dəfə ayaqyoluna gedəndən lider olmaz

 
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında Argentina yığması ilə gözləntiləri doğrultmayan Lionel Messi əfsanəvi futbolçu Diyeqo Maradonanın sərt tənqidinə tuş gəlib. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, o, L. Messini lider özəlliyi olmayan futbolçu adlandırıb.
 
D. Maradona bildirib: “Bunu demək mənə çox çətindir. Lakin matçdan əvvəl azı 20 dəfə ayaqyoluna gedən bir futbolçudan lider olmasını gözləyə bilməzsiniz. O, çox yaxşı futbolçudur, ancaq lider deyil”.
 
Onun sözlərinə görə, L. Messi baş məşqçi və futbolçular arasındakı matç toplantılarından əvvəl kompüter oyunu oynayır, sonra da meydançada lider olmağa çalışır: “O, Kriştianu Ronaldu ilə birlikdə hazırda düyanın ən yaxşı futbolçusudur. Ancaq qətiyyən lider deyil”.
 
D. Maradona “Barselona”nın hücumçusunu ilahiləşdirməkdən vaz keçməyə çağırıb: “Onu olduğu kimi qəbul etməliyik. Messi Argentina yığmasında oynayan futbolçulardan biridir. Üzərindəki təzyiqi azaltmalıyıq. Bu adamdan lider kimi davranmasını istəmək çox absurddur. Messinin millidə gözləntiləri qarşılamasını istəyiriksək, ondan komandanın liderliyini almalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top