Bakıda iki azyaşlı uşaq tapılıb - Polis valideynlərini axtarır - VİDEO


Bakıda avtobusun sonuncu dayanacağında iki azyaşlı uşaq tapılıb.
Yeniavaz.com xezerxeber.az-a istinadən bildirir ki, iddialara görə, qardaş-bacı olduğu bildirilən azyaşlılar valdeynləri tərəfindən dilənçiliyə məcbur edilib.
Azyaşlılar oktyabrın 9-u gecə saat 12 radələrində 53 saylı avtobusun son dayanacağında tapılıblar. Daşıyıcı şirkətin əməkdaşları məsələ ilə bağlı polisə məlumat verib. Polis də uşaqları sığınacağa təhvil verib.
Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, uşaqların fiziki zorakılığa məruz qaldıqları ehtimal edilir. Onun sözlərinə görə, uşaqların bir-birlərinə qarşı ünsiyyətlərində aqressivliyin müşahidə olunması onların yaşadığı mühit barədə təəssürat yaradır. Görünür, onlar daim sərt və aqressiv münasibətə məruz qalıblar.
Vasif Akiflinin sözlərinə görə, uşaqlar Azərbaycan dilində demək olar ki, bilmir, ona görə də onlarla ünsiyyət qurmaq da çətindir. Hazırda uşaqların valideynlərinin həm polis, həm də sığınacaq tərəfindən axtarşları davam etdirilir.

 

 

DİGƏR XƏBƏRLƏR

Top