Bakıda "8-ci rəng - autizmi musiqi ilə anlayaq" konserti olub


"Birgə və Sağlam İctimai Birliyi"nin təşkilatçılığı ilə Bakıda "8-ci rəng - autizmi musiqi ilə anlayaq" konserti keçirilib. Bu barədə Yeniavaz.com-a birlikdən məlumat verilib: "Konsertə gələn qonaqlar xor qrupunda çıxış edən 11 autizm sindromlu yeniyetməyə stimul verərək gələcəkdə daha əmin addımlarla bu peşəni davam etdirmələrinə təkan vermiş oldular. Konsertdə bir sıra tanınmış şəxslər və estradamızın tanınmış müğənniləri iştirak etdilər".

Qeyd edək ki, "Birgə və Sağlam İctimai Birliyi" 2013-cü ildə Bakı şəhərində təsis olunmuş qeyri-kommersiya təşkilatıdır. Birliyin əsas məqsədi psixi sağlamlığın qorunmasına kömək etmək, autizm sindromlu və bu səbəbdən xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların müalicə və reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək, hüquqlarını qorumaq, sosial bərabərlik təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması və sözügedən təşəbbüslərə qoşulmağa həvəsləndirməkdir.

DİGƏR XƏBƏRLƏR

Top