Dağıstanda yaraqlılarla atışmada polis yaralanıb


Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd rayonunda polislə yaraqlılar arasında atışma olub, bir polis əməkdaşı yaralanıb. "RİA Novosti" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisə Endirey kəndində evlərdən birinin yoxlanışı zamanı baş verib. Hazırda hücum edən yaraqlıların dəqiq sayı dəqiqləşdirilir. Mənbənin verdiyi məlumata görə, Xasavyurd rayonunda artıq altı aydan çoxdur antiterror əməliyyatı (ATƏ) rejimi hökm sürür.(Report)

DİGƏR XƏBƏRLƏR

Top