Qazaxda 22 yaşlı qadın dünyasını dəyişdi - Yeni ailə qurmuşdu


Qazax rayonu Yuxarı Salahlı kəndində qan xəstəliyindən əziyyət çəkən hamilə qadın dünyasını dəyişib. Bu barədə kəndin bələdiyyə sədri Şahismayıl Məmmədov məlumat verib. O bildirib ki, ötən gün qan xəstəliyindən əziyyət çəkən Yuxarı Salahlı kənd sakini 1996-cı il təvəllüdlü Süleymanova Səbinə Şamil qızı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb: “Yenicə ailə qurmuşdular. Bətnində 3 aylıq körpəsi də var idi. Qəfildən təzyiqi düşüb aşağı və qan azlığı xəstəliyi daha da artmağa başlayıb. O, xəstəxanaya yerləşdirilsə də, artıq keçinib. Çox gözəl bir qadın idi, tərbiyəli, mədəni idi. Həm də zəhmətkeş evdar qadın idi”. Faktla bağlı araşdırma aparılır. (a24.az)

DİGƏR XƏBƏRLƏR

Top