Rahib Branson Trampla görüşəcək


ABŞ Prezidenti Donald Tramp Türkiyə məhkəməsinin azadlığa buraxdığı amerikalı rahib Endryu Bransonu Oval ofisdə qəbul edəcək. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bunu Amerika Prezidenti jurnalistlərin suallarını cavablandırarkən özü deyib.

O, casusluqda ittiham edilən rahibin buraxılmasını məmnunedici olduğunu qeyd edib: “Yaxşı xəbərimiz var. Rahib Endryu Branson Türkiyədə təyyarəyə minib. Bildiyim qədərilə vəziyyəti yaxşıdır. Böyük ehtimalla müayinə olunması üçün Almaniyada eniş edəcək. Onu yenidən öz aramızda görməyə görə fəxr edirik”.

D. Tramp jurnalistlərin “Bransonun qayıtması ilə Türkiyəyə qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyi” sualına cavab verərkən deyib: “Türkiyə ilə rahib Branson azad ediləndə sanksiyalar aradan qaldırılacaq deyə bir razılaşma olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top