Kadırovdan həbs edilən futbolçulara təklif


Çeçenistan lider Ramzan Kadırov Rusiyanın birinci kanalının aparıcısı Olqa Uşakovanın sürücüsünə və avtomobil sənayesi departamentinin direktoru Denis Paka qarşı xuliqanlıq etdikləri üçün həbs edilən futbolçular Pavel Mamayev (“Krasnodar”) və Aleksandr Kokorinlə (“Zenit”) bağlı danışıb. “Gazeta.ru” xəbər verir ki, o, həmin futbolçuları həbsdən çıxdıqdan sonra sahibi olduğu “Axmat” klubunda görmək istədiyini bildirib: “Mən klub rəhbərliyi ilə danışdım. Cinayət işinin istənilən nəticəsindən asılı olmayaraq Kokorin və Mamayevi komandamızda görmək istəyirik”.

Kadırov bu addımı onlara dəstək məqsədilə atdığını belə izah edib: “Biz səhvləri düzəltməyə çalışırıq. Bundan sonra qarşıda iki yol var və onların taleyi xalqın seçəcəyi yoldan asılıdır. Bəli, onlar qəbuledilməz hərəkət ediblər. Amma həyat burada bitməməlidir. Biz onları yenidən qazanmalıyıq”.

Qeyd edək ki, Kokorin və Mamayev etdiklərə hərəkətə görə 2 aylıq həbs cəzasına məruz qalıblar.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top