Lavrov: ABŞ kürdlər vasitəsilə Suriyada kvazi dövlət qurmaq istəyir

 
ABŞ öz müttəfiqləri vasitəsi ilə Fərat çayının şərqindəki torpaqlardan istifadə edərək orada kvazi dövlət qurmaq istəyir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
O, İdlibin Suriya ərazisində sonuncu problemli bölgə qalması fikir ilə razılaşmayəb: “Fəratın şərqindəki böyük ərazilərdə tamamilə qəbuledilməz şeylər baş verir. ABŞ bu torpaqlarda özlərinin suriyalı müttəfiqləri, hər şeydən əvvəl kürdlər vasitəsi ilə kvazi dövlət qurmaq üçün çalışır”.
 
S.Lavrov qeyd edib ki, amerikalılıar orada alternativ hakimiyyət orqanları formalaşdırır, qaçqınların qayıtmasına və yerləşdirilməsinə yardım edirlər: “Hərçənd ABŞ, Fransa və digər Qərb ölkələri Suriya hökumətinin nəzarətində olan ərazilərdə qaçqınların qayıtması üçün şərait yaratmaq istəmir”.
 
Rusiya XİN rəhbəri güman edir ki, ABŞ nə isə bir yeni dövlətin nümunəsi olacaq ərazi formalaşdırmaq istəyir: “Ya da bu, yenidən  İraq Kürdüstanı ilə “Böyük Kürdüstan” ideyası adıyla təhlükəli oyun olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top