
UEFA bəyan edib ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ və “Srvena Zvezda” komandaları arasında keçirilmiş matç danışılmış oyun ola bilər. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, oktyabrın 3-də baş tutmuş oyun fransızların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bildirilir ki, “Srvena Zvezda” klubunun yüksək vəzifəli nümayəndələrindən biri öz komandasının beş top fərqi ilə uduzacağına 5 milyon avro qoymaq istəyib. Fransada matçın danışılmış oyun ola biləcəyinə dair məlumatlarla əlaqədar təhqiqata başlanılıb.