Yaşayış evlərinin 1 kv. metrinin maya dəyəri AÇIQLANDI - 389 manat


Bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 148,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu azalma neft sektoruna yatırılan investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 24,4 faiz artıb.
Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunan vəsaitin 69,3 faizi məhsul istehsalı obyektlərinin, 22,4 faizi xidmət sahələri üzrə obyektlərin, 8,3 faizi (584,58 milyon manat) isə ümumi sahəsi 1503,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Bu isə o deməkdir ki, 1 kvadrat metr yaşayış evinin tikintisinə 388,7 manat xərclənib.
Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 60,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,1 faiz, bank kreditləri 13,6 faiz, büdcə vəsaitləri 25,7 faiz, əhalinin şəxsi vəsaitləri 7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,8 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top