"The Washington Post": ABŞ və Türkiyə rahib Branson mövzusunda razılığa gəlib


Ankara və Vaşinqton amerikalı rahib Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Washington Post" qəzeti öz elektron versiyasında məlumat dərc edib.

Adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmiləri və digər tutarlı mənbələrə əsaslanan "The Washington Post" yazır ki, cümə günü Türkiyədə baş tutacaq növbəti məhkəmə prosesində rahib Bransonun azad edilməsi barədə qərar çıxacaq. Yenə KİV-in iddiasına görə, ABŞ keşişin sərbəst buraxılmasından sonra Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları ləğv edəcək və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürəcək.

Xatırladaq ki, amerikalı rahib 2016-cı ildən bəri Türkiyədə həbsdədir. Bu ilin iyulun 25-də isə səhhətindəki problemlərə görə haqqındakı hökm dəyişdirilib ev həbsinə məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top