
2015-ci ildə AzTV-də yayımlanan “Səs Azərbaycan”a xərclənən pulun miqdarı açıqlanıb. Bunu ilk dəfə prodüser Oqtay Əliyev “Səhər-səhər” proqramına qonaq olarkən deyib. O. Əliyev qeyd edib ki, sözügedən layihəyə 3 milyon avro xərclənib: “İndi Rusiyadakı “Qolos”, “O səs Türkiyə” kimi layihələr gündəmdədir. Həmin müsabiqələr çox baha başa gəlir. Onun lisenziyasını almaq üçün 1 milyon avro ödəməlisən. AzTV-də isə 3 aylıq layihə 3 milyona başa gəldi”.(Qafqazinfo)
Tətbiqimizi yükləyə bilərsiniz