Tanınmış həkim Azərbaycanda yayılan xəstəlikdən danışdı: “Bu, qrip virusu deyil”


“Hazırda yayılan xəstəliklərin əksəriyyəti yuxarı tənəffüs yollarının soyuqdəyməsinin əlamətidir”.

Bunu açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycanda qrip virusu yayılması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda yayılan xəstəlik fəsil dəyişkənliyi nəticəsində soyuqdəymə hallarından ortaya çıxır:

“Heç bir virusdan söhbət gedə bilməz. Yuxarı tənəffüs yollarında 15-dən yuxarı mikrob var. Hansı ki, onlar xəstəlik törətmə qabiliyyətinə malikdir. Soyuqdəymə hallarında həmin mikroblar fəallaşır və qripə bənzər əlamətlərlə yuxarı tənəffüs yollarının xəstəliklərini törədir. Nəticədə başqasına yoluxur. Qrip isə ayrıca infeksiyadır, qrip yayılan vaxtlarda Ümumdünya Səhiyyə Təşkilatı elan edir. Hələlik biz bunu eşitməmişik”.
(AzNews.az)

DİGƏR XƏBƏRLƏR

Top