Prezident İlham Əliyev rayona gedib


Oktyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Yeniavaz.com dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki,  yolun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı hissəsi 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Dövlət başçısı daha sonra Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Dövlət başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsiblər.

DİGƏR XƏBƏRLƏR

Top