Fransa prezidenti bu gün qondarma erməni soyqırımı abidəsini ziyarət edib


Ermənistanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edən Fransa prezidenti Emmanuel Makron bu gün qondarma erməni soyqırımı abidəsini ziyarət edib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Fransa prezidentini ziyarət zamanı bu ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan, Təhsil naziri Araik Harutyunyan və İrəvanın merinin vəzifəsini icra edən Kamo Areyan müşayiət edib.
Məlumat üçün bildirək ki, dünyanın 5 fərqli qitəsindən 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşü bu il 9-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilir. Zirvə görüşündə iştirak etmək üçün Fransa prezidenti ilə bərabər Kanadanın Baş naziri Castin Trüdon, Monoko şahzadəsi 2-ci Albert, Gürcüstan prezidenti Georgi Marqvelaşvili və digər rəsmi şəxslər Ermənistana səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top