Mehman Hüseynovun məhkəmə prosesi oktyabrın 17-nə təyin edilib


Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Hüseynovun vəkili Şəhla Hümbətova vəsatət qaldırıb. O, müvəkkili haqda mənfi rəy vermiş 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Təbriz Əzizovun məhkəmədə dindirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Növbəti proses oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top