Gömrükdən büdcəyə daxil olan vəsait 35% artıb


Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 35,2% və ya 85 miyon 740 min manat artaraq 329 milyon 411 min manata çatıb.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 77 milyon 431 min manat, əlavə dəyər vergisi üzrə 230 milyon 675 min manat, aksizlər üzrə 18 milyon 202 min manat, yol vergisi üzrə isə 3 milyon 103 min manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top