Almaniya polisi bolqar jurnalistin qətlində şübhəli bilinənləri saxlayıb


Almaniya polisi bolqar jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb. Yeniavaz.com report-a istinadən bildirir ki, bu barədə NOVA telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qətl işi ilə bağlı şübhəli kişi, onun həyat yoldaşı və xalası da saxlanılıb. Şübhəli şəxsin DNT analizi hadisə yerində olmuş şəxsin analizi ilə üst-üstə düşüb.

Qeyd edək ki, qətl işi ilə bağlı ilk olaraq Rumıniya vətəndaşı saxlanılıb. Lakin onun cinayətkar olmadığı məlum olub. Buna görə də həmin şəxs sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top