Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq


"Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir".
Yeniavaz.com-un məlumatına görə, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib.
Prezident qeyd edib ki, yenidənqurma sayəsində daha keyfiyyətli neft məhsulları istehsal ediləcək:
"Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin "Avro-5" standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək".

DİGƏR XƏBƏRLƏR

Top